Videonun müddəti: 1:00:53 Baxış: 221 Əlavə edilib: 2023.10. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Araikin VİDEOSU yayıldı: “Biz vurduq, ehtiyac yaransa...” –Kamran Həsənli və Sevinc Telmanqızı CANLI

Erməni mediası Qarabağdakı keçmiş separatçı liderlərin – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın Xankəndidən qaçması ilə bağlı bir-birini təkzib edən məlumatlar tirajlamaqdadır.
Əvvəlcə separatçıların Xankəndidən qaçdıqları barədə məlumat yayılsa da, sonradan elə erməni mətbuatı bunu təkzib etdi.

Bildirildi ki, onların getməsi üçün Azərbaycandan “icazə almağa” çalışırlar. Qeyd edək ki, adıçəkilən keçmiş separatçıbaşılar hər iki Qarabağ müharibəsində əlləri Azərbaycan xalqının qanına batmış canilərdir.
Xüsusilə Araik Arutyunyan 44 günlük müharibə zamanı Gəncə şəhərindəki yaşayış binasının raketlə vurulması əmrini verdiyini videomüraciət zamanı etiraf etmişdi.

“Mənim sərəncamımla “arsax silahlı qüvvələri” yaylım atəş sistemi ilə Gəncə şəhərini vurub. Vaxtında qeyd etmişdim, xəbərdarlıq etmişdim. Təəssüflər olsun ki, bizim tarixi “Qandzak”ı – Gəncəni, “Kirovabad”ı, onların daimi hərbi yerləşdirmə yerlərini vurmuşuq. Çünki onlar buna məcbur etdilər. Özünüzə gəlin. Çünki daha böyük şəhərləri vurmağa ehtiyac olarsa, davam edəcəyik. Yeri gəlmişkən, düşmənə zaman verərək bir müddət böyük şəhərlərin raket və artilleriya ilə atəşə tutulmasını dayandırmaq əmrini vermişəm. O, xəbərdarlıq atəşi idi. Mülki insanları uzaqlaşdırın. Bu müharibəni siz başlamısız”, – Arutyunyan həmin müraciət zamanı bildirmişdi.

Göründüyü kimi, Azərbaycanın dinc, əməliyyatların aparıldığı ərazidən 100 km kənarda yerləşən şəhərini gecə yarısı, insanların yatdığı vaxt vurmaqla daha böyük tələfata səbəb olan bu qatilin Azərbaycan hüquq-mühafizə orqanlarının diqqətində olması təsadüfi deyil.
Veriliş: Kamranla 1