Videonun müddəti: 44:07 Baxış: 349 Əlavə edilib: 2023.09.30
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Üç quldurbaşı Xankəndidə gizlənir: Araik, Bako və Arkadi həbs ərəfəsində - Detallar CANLI

Birinci Qarabağ Müharibəsində 4 min nəfərə yaxın itkinimiz olub. Musavat.com xəbər verir ki, bunu DTX rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib. O bildirib ki, hazırda itkin düşən şəxslərin axtarışları davam edir.


"Dövlət Təhülükəsizliyi Xidmətinin Tibbi İdarəsinin tərkibində laboratoriyalarımızda 25 şəhidimizin eynilləşməsini həyata keçirmişik. Proses hələ də davam edir. Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb".


BMT-nin Qaçqınlar üzrə Komissarlığı (UNHCR) bildirib ki, Qarabağı tərk edən ermənilərə qarşı pis rəftar barədə məlumat daxil olmayıb və bir həftə ərzində təxminən 89 minə yaxın insan tərk edib. BMT QAK-ın Ermənistandakı nümayəndəsi Kavita Belani mətbuat konfransında bildirib.


Ermənistanda Rusiya televiziyası qadağan oluna bilər. Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Lusine Badalyan yerli kanallardan birində deyib.


Hraparak” qəzeti yazır ki, hazırda qondarma “respublika”nın 3 keçmiş “prezidenti” – Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan Xankəndidədir. Həmçinin, qanunsuz hərbi birləşmələrin keçmiş rəhbərləri, “generallar”, “müdafiə nazirləri” və digər hərbi cinayətkarlar da oradadırlar. Bu sıraya qondarma qurumun “çiçəyi burnunda” və “arzusu gözündə qalmış”, tarixə qondarma “artsax”-ın ləğvi aktını imzalamış bəlkə də “ən ağıllı erməni” kimi düşəcək Samvel Şahramanyanı da əlavə etmək olar. Həmçinin, əli günahsız azərbaycanlıların qanına batmış Vitali Balasanyan da Qarabağ iqtisadi zonasının ərazisindədir. Aradan çıxa bilənlər sırasında isə sabiq “müdafiə naziri” Samvel Babayan və “parlament”in “vitse-spikeri” Qaqik Baquntsun adı keçir.


TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Züriyə Qarayeva ilə müzakirə aparır.
Kateqoriyalar: Xəbər