Videonun müddəti: 43:00 Baxış: 288 Əlavə edilib: 2023.09.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Sərhədçilərimiz daha bir erməni separatçını YAXALADI - sensasion detallar CANLIda

Son günlər Ermənistan hakimiyyətinin Qarabağdan gələn ermənilərlə bağlı təzadlı düşüncələri yayılır. Erməni teleqram kanalları məlumat yayır ki, Paşinyan Qarabağdan gələn köçün qarşısını almaq üçün sərt üsullardan istifadə edəcək. Onlardan biri də həmin şəxslərin İrəvana buraxılmayacağı ilə bağlıdır. Ucqar kəndlər, digər şəhərlər Qarabağ qaçqınları üçün dayanacaq olacaq.

İrəvan Qarabağı tərk edən qanunsuz silahlı birləşmələrin üzvlərini Ermənistan ordusuna cəlb etmək istəyir. Bunu Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.

"Qarabağı tərk edən qanunsuz silahlı birləşmə üzvlərinin Ermənistanın Müdafiə Nazirliyində xidmətə daxil olması çox yaxşı olardı, belə ki, onların təcrübə və hərbi bilikləri Ermənistanın Silahlı Qüvvələrinə xidmət edəcək", - o bildirib.

Nazir müavini əlavə edib ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən stabildir. O, Müdafiə Nazirliyinin dəyişiklikləri, vəziyyətin dinamikasını diqqətlə izlədiyini bildirib. Sarkisyanın sözlərinə görə, gərginliyin artmasına doğru tendensiya yoxdur.
Kateqoriyalar: Canlı debat