Videonun müddəti: 59:48 Baxış: 308 Əlavə edilib: 2023.09.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

NƏHAYƏT! Azərbaycan hərbçiləri və Azərbaycan polisi Xankəndidə - möhtəşəm görüntülər CANLIda

Azərbaycan hərbçilərinin və polisinin Xankəndidə olduğuna dair görüntülər yayılıb. Azərbaycan polisinin Xankəndi şəhərinin mərkəzində, məşhur “Biz və bizim dağlar” abidəsinin qarşısında olmasını əks etdirən görüntülər yayılıb.

Sosial şəbəkələrdə yayılan videolarda Azərbaycan polisinə aid maşınların və bir neçə polisin abidənin qarşısında dayandığı görünür. Qeyd edək ki, bu abidə 1967-ci ildə Azərbaycan büdcəsindən ayrılan vəsait hesabına tikilib. Qarabağdakı ermənilər bu abidəni öz simvolları olaraq tanıdırlar. Abidənin adı ilk olaraq “Nənə və baba” qoyulub, lakin Azərbaycan hökuməti buna etiraz etdikdən sonra bu ad “Biz və bizim dağlar” ilə əvəzlənib.
Kateqoriyalar: Canlı debat