Videonun müddəti: 1:03:38 Baxış: 314 Əlavə edilib: 2023.09.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Sülhməramlılar Qarabağı tərk edir? – Rusiyadan ilk siqnal GƏLDİ – Kamran Həsənli CANLIda

“Dağlıq qarabağ respublikasının buraxılması hərbi fəaliyyətlərin dayandırılması nöqteyi-nəzərindən yaxşıdır”.

Bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Viktor Vodolatski bildirib. “Ermənistan və onun lideri Nikol Paşinyanın bütün platformalarda Qarabağı Azərbaycan ərazisi kimi tanıması nəzərə alındıqda indi cari proses gedir. Təbii ki, Qarabağın erməni sakinləri ərazini tərk edir, Ermənistanda və ya Rusiyada yaşayacaqlar. Təbii ki, bizim orada yerləşən sülhməramlı qüvvələrimizin varlığı əhəmiyyətsiz olacaq. Ancaq bunu üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın liderləri həll edəcəklər”, – o deyib.

V.Vodolatskinin sözlərinə görə, Moskvanın prioriteti regionda hərbi fəaliyyətlərin dayandırılmasıdır. “Rusiya üçün Cənubi Qafqazda sabitlik elementi vacibdir”, – Duma üzvü qeyd edib.
Veriliş: Kamranla 1