Videonun müddəti: 1:03:40 Baxış: 310 Əlavə edilib: 2023.09.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vardanyanla bağlı qərar AÇIQLANDI, Araik Arutunyanın həbsi ilə bağlı ANONS gəldi – İ.İsmayılla CANLI

Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb. hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ruben Vardanyan ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.

Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Samvel Babayan son vaxtlar Azərbaycanla birbaşa dialoqun zəruriliyindən çox danışırdı. Qarabağın sülh yolu ilə təslim edilməsi üçün də təşəbbüslər irəli sürüb. Ermənistanın İctimai Televiziyasına müsahibəsində o, Azərbaycan tərəfi ilə əlaqə saxladığını və onlarla hansısa yol xəritəsi üzərində razılaşdığını bildirib.

Bu sözləri erməni bloger İşxan Verdyan Birinci Qarabağ müharibəsinin iştirakçısı, mülki azərbaycanlılara qarşı qəddarlığı ilə seçilmiş Samvel Babayanın Azərbaycandan həbs edilmədən çıxa bilməsinin səbəbləri haqda danışarkən deyib.
O, Babayanın sonrakı taleyinə və İrəvanın onunla bağlı planlarına da toxunub:
“Samvel Babayanın İrəvan tərəfindən Bakıya veriləcəyi ehtimalı sıfırdır. Çünki dünənki müsahibəsində o, Qarabağ klanı ilə bağlı bir çox ifşaedici məqamları açıb. Bu isə Nikol Paşinyana öz mövqeyini möhkəmləndirməyə və Ermənistan cəmiyyətində dəyərini yüksəltməyə böyük kömək etdi. Hətta Babayanın rəhbər vəzifəyə təyin olunması da mümkündür. Təəssüf ki, Ermənistanda Xocalı cəlladlarının yüksək vəzifələrə təyin edilməsi ənənəsi hələ də qorunub saxlanılır”.
Qarabağda qalan digər separatçı xuntanın nümayəndələrinin taleyinin qeyri-müəyyən qaldığını deyən bloger bildirib ki, əslində, onların qaçmağa yerləri də yoxdur:
“Araik və digərləri ilə bağlı mənim heç bir məlumatım yoxdur, amma onların da gizli şəkildə Azərbaycanı tərk etmək imkanları var, istər sarğılı və “yaralı” şəkildə, istərsə də kartof kisəsi şəklində - fərqi yoxdur. Ümumi xaosda bəzi variantlar hələ də qalır. O da göz qabağındadır ki, Azərbaycan təhlükəsizlik qüvvələrinin Xankəndiyə daxil olması onlara yaxşı heç nə vəd etmir. Nə olursa-olsun, çox qısa müddətdə bununla bağlı xəbərləri öyrənəcəyik. Onu da əlavə edək ki, Samvel Babayan onları Ermənistan sərhədinə adlayan kimi həbs etdirəcək. Babayan artıq cinayətlə bağlı açıqlama verib. Buna görə də hələ ki, aydın deyil - qalanların qaçması üçün bir yer varmı?”
Kateqoriyalar: Canlı debat