Videonun müddəti: 59:39 Baxış: 198 Əlavə edilib: 2023.09.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xocalıda ermənilərlə görüş BAŞLADI-Azərbaycan Xankəndi yoluna tam nəzarətdə - Etibar Məmmədov CANLI

Xankəndini tərk etmək istəyən erməni əsilli vətəndaşlar “Laçın” sərhəd-buraxılış məntəqəsindən (SBM) rahat şəkildə hərəkət edirlər.

Musavat.com xəbər verir ki, bu barədə telegram sosial şəbəkəsində yeni görüntülər yayılıb. Görüntülərdə Azərbaycan hərbçilərinin mülki əhaliyə, xüsusilə də qadın və uşaqlara humanist münasibət göstərməsi öz əksini tapıb. Eyni zamanda Azərbaycanın hüquq-mühafizə orqanlarının bütün avtomobilləri yoxmalası və hər şeyin nəzarətdə saxlanması aydın görünür.

Ağdərə, Əsgərən və Xocavəndin erməni sakinləri Xankəndiyə, oradan da Ermənistana təxliyə edilirlər. Bu barədə Rusiya sülhməramlı kontingentinin “Telegram” kanalında məlumat yayılıb. Bildirilir ki, Rusiya sülhməramlıları erməniəsilli sakinləri müşayiət edirlər.
Kateqoriyalar: Canlı debat