Videonun müddəti: 50:20 Baxış: 564 Əlavə edilib: 2023.09.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putindən TƏCİLİ Xankəndi AÇIQLAMASI, Bakıdan separatçılara MÜDHİŞ siyahı - Qabil Hüseynli ilə CANLI

“Baza” informasiya agentliyinə görə separatçı rejimin itkilərinin sayı 1000-ə yaxındır. “Azərbaycan tərəfi bu gün Qarabağdakı separatçılara konkret siyahı təqdim edib və orada adları olan şəxslərin Bakıya təhvil verilməsini tələb edib”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Həmin siyahıda Qarabağdakı separatçıların keçmiş liderlərinin, separatçılıq prosesində aktiv olan şəxslərin, hərbçilərin, habelə I və II Qarabağ savaşlarında Azərbaycan Ordusu və mülki əhaliyə qarşı qəddarlıq etmiş, ağır cinayətlər törətmiş şəxslərin adları qeyd olunub.

Rusiya Prezidenti Vladimir Putin Çinin xarici işlər naziri Van İni Ukrayna və Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırmaq niyyətindədir. Putin bildirib ki, Rusiya sülhməramlıları Qarabağ məsələsində iştirak edən bütün tərəflərlə fəal işləyirlər.
Ermənistan Rəsmi Bakı və Qarabağın erməni sakinlərinin nümayəndələri arasındakı danışıqlarda iştirak etməyib. Ermənistan Baş naziri Nikol Paşinyan müraciətində bildirib. O, Ermənistanın bu danışıqlarda iştirak etmədiyini bəyan edib.

Məntiqlə güman edilir ki, əgər Rusiya sülhməramlıları atəşkəs təklif edibsə, bu, özlüyündə onların Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək öhdəliyini tam və qeyd-şərtsiz qəbul etdiyini göstərir. Yəni sülhməramlılar Qarabağ ermənilərinin öz evlərində, torpaqlarında yaşaması hüquqlarının qorunması üçün tam şərait yaratmalıdırlar. Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Qarabağ ermənilərinin təhlükəsizliyinin Rusiya sülhməramlı missiyasına həvalə edildiyi 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat kontekstində də eyni fikri bölüşürlər: “Ümid edirik ki, belə bir addım atmaqla Rusiya sülhməramlı kontingenti öz üzərinə düşən vəzifələri tam yerinə yetirəcək”.
Kateqoriyalar: Həftə içi