Videonun müddəti: 4:16:30 Baxış: 196 Əlavə edilib: 2023.09.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Azərbaycan ordusu Qarabağda təmizliyə başladı: Xankəndində panika və qaçış - CANLI

Xəbər verdiyimiz kimi, ötən gecə 3 polis əməkdaşı yol qəzasında, 4-ü isə minaya düşərək həlak olub.

Məlum olub ki, ötən gecə Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi əraziyə gedən polis əməkdaşları - 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu ermənilərin yerləşdirdiyi minaya düşərək həlak olublar.

Qeyd edək ki, Füzuli rayonu ərazisində DİN-in yük avtomobilinin aşması nəticəsində üç polis əməkdaşı hadisə yerində həyatını itirib, 6-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Kateqoriyalar: Gündəm