Videonun müddəti: 54:57
Baxış: 38
Əlavə edilib: 2023.09.19
TƏCİLİ: Vardanyanın yerinə GÖRÜN kim gətirildi, separatçı keşiş də qaçdı - CANLI
Sentyabrın 18-də separatçıların yeni başçısı Samvel Şahramanyan Artur Arutyunyanı “dövlət naziri” təyin edib. Musavat.com erməni mediasına istinadən bu məlumatı yayıb.
Əvvəl bu postda Nurqen Nersisyan idi. Ondan əvvəl isə dələduz milyarder Ruban Vardanyan bu qondarma vəzifəni daşıyıb.
Sentyabrın 16-da isə “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Gorus istiqamətində gedənlər arasında Əsgərandakı erməni kilsəsinin keşişi Mesrob Mkrtçyan da olub.
Ailəsi ilə birgə Qarabağı tərk etmək üçün növbəyə dayanan bu keşiş əvvəllər separatçıların liderləri ilə birgə “biz Qarabağı heç vaxt tərk etməyəcəyik” deyib, xoruzlanırdı. İndi bu cür “sözünü yeyənlər” çoxdur və getdikcə də çoxalacaq.
Lakin məsələ ondadır ki, Mkrtçyan kimilər Qarabağda Rusiyanın uzun illər bəslədiyi və Azərbaycanın 44 günlük müharibədə başını birdəflik əzməyə qoymadığı “ilanın” yalnız “quyruğunu” təmsil edirlər. Beləliklə, “quyruq” yavaş-yavaş Azərbaycanı tərk edir, “baş” isə hələlik qalıb.
Hətta bu “başı” yeniləməyə cəhd edilir. Ruben Vardanyanın Qarabağa soxuşdurulması, ardınca, Paşinyan hökuməti ilə daha yaxın əlaqəyə malik Araik Arutunyanı kənarlaşdırıb, yerinə simasız, boz fiqur olan Şahramanyanın gətirilməsi, bununla da Vardanyanın təsir imkanlarının çoxaldılması bunun bariz göstəricisidir.

Kateqoriyalar:
Həftə içi