Videonun müddəti: 1:04:54 Baxış: 217 Əlavə edilib: 2023.09.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ermənistandan ŞOK: Lavrov bizi çökdürmək istəyir - Kamran Həsənli ilə CANLI

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hər zaman Ermənistanı çökdürmək istəyir”. Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Qaqik Melkonyan erməni jurnalistlərə açıqlamasında deyib.

Melkonyan xatırladıb ki, Ermənistan dəfələrlə strateji müttəfiqi olan Rusiyaya yardım üçün müraciət etsə də, bunun heç bir nəticəsi olmayıb: “Nə KTMT, nə də müttəfiq dövlət heç bir reaksiya vermədi”.

Paşinyanın silahdaşı bildirib ki, Lavrovun İrəvanın son anda KTMT qüvvələrinin Ermənistanda yerləşdirilməsindən imtina etdiyinə dair bəyanatı yersizdir: “Biz onun sözlərini əsas olaraq götürmürük. Rusiya həmişə hər şeyi bizim əvəzimizə həll edib. Biz özümüzə arxayın olmalıyıq və eyni zamanda dost axtarmalıyıq. İndiyə qədər biz Rusiyaya ümid bağlamışıq. Lakin Rusiya elə bir şərait yaradıb ki, burada ya Rusiya olmalıdır, ya da Türkiyə. Biz hər zaman Rusiyanı seçmişik və ona sadiq olmuşuq. Ancaq başqa dövlətlər də var...”

Deputat qeyd edib ki, Ermənistan artıq Fransa, İran, Hindistan, ABŞ kimi ölkələrlə dostluq edəcək: “Kiminlə hərbi təlim keçmək barədə qərarı biz özümüz veririk. Kim nə düşünür, düşünsün. Əgər biz ABŞ-la birgə hərbi təlim keçirmək istəyiriksə, Fransa və Hindistanla dostluq ediriksə, niyə onlar(Rusiya) bunu belə ağır qəbul edirlər? Qoy, öz ölkələri barədə düşünsünlər. Onlar kiminlə istəyirlərsə, dostluq edirlər, biz nə vaxtsa onların işinə qarışmışıq?”
Veriliş: Kamranla 1