Videonun müddəti: 41:57 Baxış: 289 Əlavə edilib: 2023.09.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ: Ermənistan sürətlə sərhədə ZİREHLİ texnika daşıyır – Görüntülər CANLI

Ermənistan Azərbaycanla sərhədə zirehli texnika daşıyır. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videogörüntülərə daşınan texnika hava hücumundan müdafiə sistemləridir (OSA).

Bu proses artıq bir neçə gündür davam edir. Davamlı olaraq Ermənistanın təxribatçı əməlləri barədə görüntülər yayılır.

Bu gün, sentyabrın 9-da separatçılar qondarma "parlament”ində "prezident” seçkiləri keçirəcək. İki namizəd var idi: biri Araikin xələfi hesab olunan və keçmiş "Qarabağ klanı”na daxil olan bütün qüvvələr tərəfindən dəstklənən Samvel Şahramanyan, digəri Paşinyana yaxınlığı ilə tanınan, Ağdam-Xankəndi yolunun açılmasını – bu, məqsədyönlü mövqedir - qəbul edən Samvel Babayan;

Babayanın "namizədliyi” qeydə alınmadığı üçün Şahramanyan yeganə "namizəd” kimi separatçıların yeni "başçısı” olacaq. Erməni mənbələr qondarma "seçki” günü (9 sentyabr) Babayan və dəstəsinin müqavimətə hazırlaşdığını bildirir, Babayan özü də bunu gizlətmir. Separatçı rejimin müqavimətə qarşı sərt tədbirlər görüləcəyi, erməni əhalisini "təxribatlara” uymamamağa çağırması haqda dedikləri də bu gözləntini artırır.
Rəsmi Bakının suverenliyimizə qarşı olan qondarma "seçkilərin” qəbul edilməyəcəyinə dair bəyanatı, o cümlədən, diplomatlar üçün keçirilən brifinqdə Bayramov, Hacıyev və Əmirbəyovun açıqlamaları praktiki müstəvidə addımların atılmasını da ön plana çıxarır. Bu addımların "seçki günü”, yaxud ondan sonra atılması mümkündür.
Fransa Prezidenti Emmanuel Makron Ermənistan baş naziri Nikol Paşinyana zəng edib. Yelisey sarayına istinadən məlumat yayıb. Qeyd edilib ki, Makron Paşinyanla Ermənistan və Azərbaycan sərhədində artan gərginliyi müzakirə edib, bütün fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çağırıb.
Makron məsələnin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə sadiqliyini qeyd edib.
Kateqoriyalar: Canlı debat