Videonun müddəti: 51:28 Baxış: 272 Əlavə edilib: 2023.09. 7
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan YALVARDI: “Hərbi toqquşma olacaq, imkan verməyin!” – hərbi ekspertlə CANLIda

“Beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər regionumuzda yeni partlayışın qarşısını almaq üçün ciddi tədbirlər görməlidirlər”. Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan deyib. “Ermənistan Respublikasının 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü ilin mayında Brüsseldə əldə olunmuş razılaşmalara, habelə noyabrda imzalanmış üçtərəfli bəyanata sadiqliyini vurğulayıram”, – o əlavə edib.

Erməni baş nazir regionda hərbi vəziyyətin xeyli pisləşdiyini vurğulayıb. Qeyd edək ki, Paşinyanın bu açıqlaması Ermənistanın yeni hərbi təxribata hazırlaşdığını göstərir. Adətən rəsmi İrəvan sərhəddə və ya Qarabağda törədəcəyi təxribatlardan əvvəl bu cür açıqlamalar verərək öz əməlini pərdələməyə çalışır.
Kateqoriyalar: Canlı debat