Videonun müddəti: 42:15 Baxış: 330 Əlavə edilib: 2023.08.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

BU AN! Bakı Araikin üç separatçısını həbs etdi, Xankəndi QARIŞDI – Görüntülər CANLI-da...

Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb.

Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçuların Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.
Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Azərbaycan sərhədçiləri “Laçın” sərhəd-buraxılış məntəqəsində daha bir erməni terrorçunu yaxalayıb. Bu barədə “İnfoteka24” Teleqram kanalı məlumat yaxalanıb. Yaxalanan şəxsin 22 yaşında olduğu bildirilib. Hələlik, olayla bağlı rəsmi açıqlama yoxdur.
General-mayor Kirill Kulakov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin olunacaq. Ermənistanın “Hraparak“ qəzeti teleqram kanallarına istinadən məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı hərbi kontingentin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı xəbər yayıb və qeyd edib ki, indiki komandan general-polkovnik Aleksandr Lentsov artıq Qarabağı tərk edib.
Xatırladaq ki, Lentsov bu ilin aprelin 25-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunmuşdu.
Ermənistan küçələrində yaxın günlərdə xaos başlayacaq. Erməni şərhçi Samvel Ohanesyan deyib. “Ermənistan vətəndaş qarşıdurması astanasındadır. Yaxın günlərdə ölkədə xaos başlayacaq. Ölkə kiçik iğtişaşlarla da sarsıla bilər. Bu, xırda şeylərdən, məsələn, kənddə suyun olmaması səbəbindən də baş verə bilər. Bunlar baş verərsə, Ermənistanı heç kim xilas etməyəcək. Özümüzü içimizdən yeyirik. Xalq həyəcanlıdır və hər an əhalinin getdikcə daha çox yeni təbəqələrinin cəlb olunacağı bir qarışıqlıq başlaya bilər”, - Ohanesyan bildirib.
Kateqoriyalar: Həftə içi