Videonun müddəti: 1:25:31 Baxış: 489 Əlavə edilib: 2023.08.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ! “Laçın” postunda terrorçu yaxalandı, Araikin ofisinə BASQIN edildi - detallar CANLIda

Qarabağdakı ermənilər gecə saatlarında Xankəndidə separatçıların “hökumət evi”nə silahlı basqın ediblər.

Bununla bağlı ermənilərin SIS MASIS Teleqram kanalı görüntü paylaşıb.
Hücumun məqsədi separatçıların rəhbəri Araik Arutyunyandan “humanitar böhranın həlli”ni tələb etmək olub. Basqın zamanı atəş səsləri də eşidilib.

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin iki hərbçisi qeyri-müəyyən şəraitdə ölüb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, avqustun 27-də hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası alıblar.

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparıldığını bildirib.
Ermənistan MN iki erməni hərbçinin ölümü ilə bağlı təfərrüatı açıqlayıb.
Bildirilib ki, hərbçilərdən biri öncə digərini öldürüb, sonra isə intihar edib.
Kateqoriyalar: Canlı debat