Videonun müddəti: 1:03:13 Baxış: 255 Əlavə edilib: 2023.08.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putinin həyatı TƏHLÜKƏDƏ - Vaqnerçilər onu öldürmə PLANı qurdular - detallar CANLIda

Mümkündür ki, “Vaqner” lideri Yevgeni Priqojini qiyamın təşkilatçıları qətli Vladimir Putinin üzərinə yıxmaq və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün öldürüblər.
Bunu rusiyalı politoloq Andrey Piontkovski deyib. “İki dəhşətli müharibə cinayətkarı Priqojin və Utkin məhv edildi. Bu, Ukrayna üçün çox böyük uğurdur. Amma hesab edirəm ki, üçüncü böyük cinayətkar Putinin hakimiyyəti və həyatı indi təhlükə altındadır”, - Piontkovski bildirib.

Politoloqun sözlərinə görə, Putin Priqojinə nifrət etsə də, onu öldürməyə hazırlaşmırdı:

“Priqojin əhalinin 10 faizini təşkil edən “z-vətənpərvərlərin” qəhrəmanı idi. Ölü Priqojin Putin üçün diri Priqojindən daha qorxuncdur. İndi “z-vətənpərvərlər”, priqojinçilər Rublyovkanı (Vladimir Putin və Rusiya elitasının iqamətgahlarının yerləşdiyi rayon) qarət etməyə yollanacaqlar”.

Ukrayna kəşfiyyatçıları Krıma daxil olublar, xüsusi əməliyyat keçirilir.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov məlumat verib. Onun sözlərinə görə, kəşfiyyatçılar Tarxankut burnunda keçirilməsi nəzərdə tutulan xüsusi əməliyyat çərçivəsində yarımadaya daxil olublar: “Artıq kəşfiyyatçılarımız bütün tapşırıqları yerinə yetiriblər. Düşmənin itkiləri barədə məlumat dəqiqləşdirilir”.

A.Yusov həmçinin əməliyyatın davam etdiyini vurğulayıb: "Ukrayna ordusunun şəxsi heyəti arasında itki yoxdur".
Kateqoriyalar: Canlı debat