Videonun müddəti: 52:21 Baxış: 282 Əlavə edilib: 2023.08.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İki ermənidən ANONS: Xankəndidə həbslər BAŞLANIR, Araik ƏFV ediləcək – CANLI

Ağdam yolu açılacaq və reinteqrasiya prosesi başlayacaq. Artıq bununla bağlı konkret qərarlar var. Musavat.com xəbər verir ki, bu barədə Xankəndidə özünü “siyasətçi” kimi təqdim edən David Qalstyan deyib. Onun sözlərinə görə, Araik Arutyunyan və komandası bununla bağlı müzakirələr aparıb: “Xankəndidə baş verən qarşıdurmanın səbəbləri də bundan qaynaqlanır. Artıq yüklərin Ağdam yolundan qəbul edilməsi ilə bağlı qərar var və bu, yaxın günlərdə açıqlanacaq. Daha sonra inteqrasiya prosesi başlanacaq və Azərbaycanın axtarışa verdiyi şəxslərin həbsi də həyata keçiriləcək. Araik Arutyunyan sadəcə özünü xilas etməyə çalışır”.

Qeyd edək ki, separatçıların iclas keçirdiyi və yüklərin Ağdam yolundan qəbul edilməsinə razılaşdığı haqda məlumatlar var.

“Qarabağda qarşıdurmanın son mərhələsinə qədəm qoyuruq”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi isə revanşist siyasi ekspert Hrant Melik-Şahnazaryandır. “Azərbaycan və onun “yan” soyadlı agentləri (erməniləri nəzərdə tutur-red.) Qarabağa qarşı növbəti oyuna başlayıblar. Onlar özlərinə sərf edən bir “Priqojin” tapıb, onlara “terrorçu” deyirlər, bununla qorxutmağa çalışırlar.
Kateqoriyalar: Həftə içi