Videonun müddəti: 48:29 Baxış: 526 Əlavə edilib: 2023.08.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rus əsgərləri ilə ermənilər yenidən TOQQUŞDU, gərginlik QIZIŞDI – hərbi ekspertlə CANLI

Sosial şəbəkələrdə Qarabağda yaşayan erməni sakinlə Rusiya sülhməramlıları arasında dialoq yayılıb. Videoda erməni sakin sülhməramlıları Azərbaycanın maraqlarından çıxış etməkdə ittiham edir. Sülhməramlı isə erməni sakinə belə cavab verib: “Biz burada olmasaydıq, siz də olmazdınız”.
Sosial şəbəkələrdə bir ermənin Rusiya sülhməramlısı ilə söhbətinin görüntüləri yayılıb.

Erməni Teleqram kanallarında yayılmış görüntülərdən aydın olur ki, söhbət zamanı erməni sakin sülhməramlıya qarşı absurd və bir o qədər də sərsəm iddialar səsləndirir.

Onun fikrinə görə Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları passiv fəaliyyət göstərirlər. Məhz bu səbəbdən də erməni qadınlar dünyaya uşaq gətirə bilmirlər.

Böyük ehtimalla həmin şəxs səsləndirdiyi fikirlərin nə anlama gəldiyini anlamır. Buna görə də sülhməramlı ilə onun arasında yaşanan bu dialoq sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.


Bu isə Rusiya sülhməramlılarla erməni sakinlər arasında ilk belə toqquşma deyil. Bundan sonra da davam edəcəyi gözlənilir. Bəs bu proseslər Qarabağda ruslarla separatçıların münaqişəsinə çevrilə bilərmi? Araik Arutunyanın “ordu”ya döyüş tapşırıqları verməsi də bundan qaynaqlanır. Nələr gözlənilir? Rus əsgərləri ilə ermənilər yenidən TOQQUŞDU, gərginlik QIZIŞDI – hərbi ekspertlə CANLI
Kateqoriyalar: Canlı debat