Videonun müddəti: 1:09:15 Baxış: 301 Əlavə edilib: 2023.08.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiya öz adamını Xankəndidə OYUNA buraxdı –Vardanyan gəncləri SİLAHLANDIRIR – Fazil Mustafa CANLIda

Qarabağda separatçı rejimin Azərbaycan ordusuna qarşı təxribat planlarına əhalinin hazırlanması da daxil edilib. Bu prosesi Ruben Vardanyan üzərinə götürüb.

Ermənistan mediasının məlumatına görə, Vardanyanın rəhbərlik etdiyi qondarma “artsax təhlükəsizlik və inkişaf komitəsi” gənclərə təlim keçməyə başlayıb.
Təlimlər “ekstremal şəraitdə yaşamaq bacarıqları” adı altında həyata keçirilir. Məlumatda qeyd olunur ki, “gənclərə bu və ya digər sirlər çatdırılacaq”. Misal üçün, onlar dağlıq ərazilərdə düşərgələrin təşkili, yolların açılmasını öyrənəcəklər. Reallıqda isə “ekstremal şəraitdə yaşamaq” adı altında erməni gənclər Azərbaycan ordusuna qarşı təxribat hücumlarına hazırlaşdırılır. Onlara “dağlarda fəaliyyətin” öyrədilməsi də buna hesablanıb.
Kateqoriyalar: Canlı debat