Videonun müddəti: 1:02:44 Baxış: 1.2K Əlavə edilib: 2023.08.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xocalıda gərginlik: ermənilər və ruslar arasında toqquşma - SÖYÜŞLƏR VƏ SİLAHLAR işə düşdü

Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib..

Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.
Dünən axşam saatlarından Rusiya sülhməramlılarının qərargahı önünə toplaşan bir ovuc erməni separatçısı rus hərbçilərinin yolunu bağlayıb.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Separatçılar rus hərbçilərindən “Laçın yolunun açılması”nı istəyirlər. Separatçılar yolun Rusiya sülhməramlılarının fəaliyyətsizliyinizə görə “bağlandığını” iddia edirlər. Nəşr yazır ki, sülhməramlılar separatçıların tələblərini yerinə yetirməkdən boyun qaçırırlar, onları ərazidən uzaqlaşmağa çağırırlar, əks halda güc tətbiq edəcəklərini deyirlər.
Kateqoriyalar: Canlı debat