Videonun müddəti: 1:00:32 Baxış: 408 Əlavə edilib: 2023.08.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Qarabağa ARTİLLERİYA daşınır, ATƏŞ mövqeyi qurulur: Görüntülər Kamran Həsənli ilə CANLI-da

Avqustun 14-də saat 09:20-dən 12:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Qanunsuz erməni silahlı dəstələrinin üzvləri Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplayır və burada atəş mövqeləri hazırlayırlar.

Bu, qanunsuz rejimin qalıqlarının növbəti təxribatlarına hazırlıq məqsədi daşıyır. Hədəf Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaq və onu cavab addımları atmağa cəlb etməkdir.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri təxribat əməllərini davam etdirir.

Əldə edilmiş görüntülərdən aydın olur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq, orada tərtiblənməyə cəhd göstərir.
Kateqoriyalar: Siyasət