Videonun müddəti: 59:00 Baxış: 362 Əlavə edilib: 2023.08.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ! Moskva və Krıma növbəti HÜCUM: 60 yaralı, 12 itkin, 100 bina... - Üzeyir Cəfərovla CANLI

Gecə saatlarında Krımda partlayışlar baş verib. Rusiya Müdafiə Nazirliyi məlumat verib. Məlumata görə, hava hücumundan müdafiə sistemləri Sevastopol üzərində iki PUA-nı məhv edib. Daha 9 PUA-nın isə radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirildiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Kaluqa və Moskva vilayətləri, eləcə də Sevastopola pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini bildirib. Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb. Nazirlik hücuma görə Ukraynanı ittiham edib və PUA-ların zərərsizləşdirildiyini açıqlayıb.

İddiaya görə, Moskva istiqamətində hərəkət edən iki PUA Kaluqa vilayətinin Maloyaroslavski rayonu və Moskva vilayətinin Odintsovo rayonu ərazisi üzərində hava hücumundan müdafiə sistemləri ilə vurulub. Sevastopol yaxınlığında hava hücumundan müdafiə sistemləri daha iki PUA-nı zərərsizləşdirib. Daha doqquz aparatın radioelektron mübarizə vasitələri ilə havada zərərsizləşdirildiyi bildirilir. Hücuma görə Domodedovo hava limanında 20, Vnukovoda 9 reysin enişi təxirə salınıb.

Ukrayna hakimiyyəti hücumla bağlı heç bir açıqlama verməyib.
Rusiyanın Sergiyev Posad şəhərində (Moskva vilayəti) zavodun ərazisində partlayışdan sonra 12 nəfərin taleyi naməlumdur. Musavat.com xəbər verir ki, bu barədə TASS-a xilasetmə xidmətindən bildirilib. Bundan əvvəl 9 nəfərin itkin düşmüş sayıldığı açıqlanmışdı.

Dəqiqləşdirmə aparılandan sonra məlum olub ki, partlayışdan sonra itkin düşənlərin sayı 12-dir. Axtarışlar davam etdirilir.

Qeyd edək ki, avqustun 9-da Sergiyev Posad şəhərində “Piro-Ross” pirotexnika şirkətinin anbarında partlayış baş verib. Zaqorsk Optik-Mexanika Zavodunun ərazisində yerləşən, lakin zavoda aid olmayan şirkətin anbarında partlayış nəticəsində 60 nəfər yaralanıb. Partlayışda yaralanmış qadın xəstəxanada ölüb, daha beş nəfərin vəziyyəti ağırdır.

Partlayışa texnoloji prosesin pozulmasının səbəb olduğu bildirilir. Partlayışın pilotsuz uçaq aparat tərəfindən törədildiyi versiyası təsdiqlənməyib.
Bu gecə Rusiya ordusu Ukraynanın Donetsk vilayətini atəşə tutub. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Pavlo Kirilenko teleqramda yazıb. O bildirib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Kateqoriyalar: Həftə içi