Videonun müddəti: 1:03:59 Baxış: 208 Əlavə edilib: 2023.08. 8
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ! Ermənistan AYAĞA QALXDI: Paşinyandan Qarabağ tələbi - Sülhəddin Əkbərlə CANLI

Ermənistanda İkinci Qarabağ müharibəsinin iştirakçıları hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər. Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, onlar hakimiyyəti tənqid edirlər. Qeyd edək ki, daha əvvəl hökumət binasının qarşısında eyni tələblərlə mitinq keçirilib.

Ermənistanla Azərbaycan arasında sülh danışıqları üç masada aparılır: Brüssel, Moskva və Amerika Birləşmiş Ştatları. Brüssel və Amerika Birləşmiş Ştatlarında müəyyən irəliləyişlər müşahidə olundu.

Lakin Moskva heç cür Cənubi Qafqazda sülhün bərqərar olunmasının tərəfdarı deyil və bunu biz xarici Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın çıxışında da müşahidə etdik. Separatçılar artıq Ermənistandan deyil, Rusiyadan təlimat alırlar.

Arutyunyan Xankəndidən getmək istəsə də, rus sülhməramlıları onun keçidinə icazə verməyəcəklər. Separatçı liderin özünün o qədər cinayətləri olub ki, Vaqif Xaçaturyan məsələsindən sonra ərazini tərk etməyə qorxur.

Qarabağda separatçılar arasında hələ daha çox gərginlik olacaq. Çünki başqa variantları yoxdur, ona görə də bir-birilərini ittiham etməyə başlayıblar. Hətta separatçılar daxilində silahlı qarşıdurmanın da şahidi ola bilərik.
Kateqoriyalar: Həftə içi