Videonun müddəti: 1:14:14 Baxış: 818 Əlavə edilib: 2023.08. 2
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə ATIŞMA səsləri, Paşinyan Azərbaycan xalqına müraciət etdi – Elçin Alıoğlu ilə CANLIda

Həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti öz hakimiyyətlərindən sülh tələb etməlidir.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Avronyus” telekanalına müsahibəsində deyib.

Jurnalistin “Hazırda siyasətçilərə deyil, Azərbaycan xalqına bir mesajınız varmı” sualına Paşinyan belə cavab verib:

“Bilirsiniz, bunu yaxşı janr hesab etmirəm, çünki iki siyasətçi bir-biri ilə danışanda əslində iki xalq danışır, çünki bir tərəfdə o xalqın seçdiyi, digər tərəfdə bu xalqın seçdiyi danışır. Ona görə də nə danışırıqsa, bu, beynəlxalq platformadır, o da həmin xalqa hesablanıb. Amma deyiləsi bir şey varsa, demək olar ki, ilk andan dediklərim həm də Azərbaycan xalqına hesablanıb.

Belə hallarda növbətçi cümlələr olur. Deyirlər ki, biz burada çoxdan yaşayırıq və uzun müddət yaşamalıyıq, məncə, bütün sözlər deyilib...

Yeri gəlmişkən, bəlkə də həm Ermənistan, həm də Azərbaycan ictimaiyyətinə eyni dərəcədə yönəlmiş bir şey var, çünki həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti öz hakimiyyətlərindən sülh tələb etməlidir. Bu, ictimai tələb və sülh, çeviklik və bu tələbi həyata keçirmək bacarığı kimi formalaşdırılmalıdır”.

Bu gün səhər saatlarında Xankəndi şəhərinin mərkəzində atəş səsləri eşidilib. Bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, huşsuz vəziyyətdə olan Xankəndi sakini ov tüfəngindən havaya atəş açıb.
Kateqoriyalar: Canlı debat