Videonun müddəti: 45:41 Baxış: 224 Əlavə edilib: 2023.08. 1
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ: Araik Xankəndidə hərəkətə keçdi - 7 gün sonra... CANLI

“Qarabağ prezidentinin” (qondarma və oyuncaq “DQR”in) xahişi ilə 7 gündən sonra Qarabağda “erməni soyqırımı” ilə bağlı hesabat hazırlayacam”. Bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin təsisçi prokuroru Luis Moreno Okampo özünün X mikrobloqunda (keçmiş Tvitter) yazıb.

“Qarabağ prezidenti” (qondarma - red.) soruşdu ki, Azərbaycanın blokadası ermənilərə qarşı yeni bir soyqırımdırmı? Kömək etməkdən şərəf duyuram”, - deyə o qeyd edib.

Qeyd edək ki, Luis Moreno Okampo argentinalıdır. Argentinada güclü erməni lobbisinin olduğu heç kimə sirr deyil. Okampo 2003-2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olub.

Xocalı canisi Vaqif Xaçaturyanın sərhəddə qaçarkən tutulması Ermənistanda əsas müzakirə mövzusudur. Xaçaturyanın uzun illərdən sonra yaxalanması xüsusilə revanşist siyasətçilər tərəfindən ağrıyla qarşılanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunlardan biri də Ermənistan parlamentinin deputatı, müxalif blokun üzvü Tiqran Abramyandır.
Abramyan bu gün feysbuk səhifəsində yazdığı statusu da həmin mövzuya həsr edib. Erməni deputatın həyasızlıqla yazdığına görə, Azərbaycanın Vaqif Xaçaturyana qarşı qaldırdığı iddialar əsassızdır və heç bir sübuta əsaslanmır.

“Azərbaycan Qarabağa tam nəzarət məqsədilə yeni proqrama başlayıb”, - deyə Abramyan qeyd edib.

Xarici işlər naziri Ceyhun Bayramov və Hakan Fidan arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü başlayıb. Görüş çərçivəsində Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi nəzərdə tutulur. Beynəlxalq axtarışda olan və Laçın postundan keçmək istəyərkən saxlanılan Meşəli soyqrımının qatillərindən Vaqif Xaçaturyanın qızı İrəvanda BQXK-nın ofisinin qarşısındakı aksiyaya qoşulub.
O, atasının ürək əməliyyatı olunmaq üçün Ermənistana keçmək istədiyini deyib. Vera Xaçaturyan bütün qohumlarının Qarabağda olduğunu bildirib. O, 44 günlük müharibəyə kimi Qubadlıda yaşadığını, daha sonra isə Cermuka (Dərələyəz mahalı, İstisu) köçdüyünü deyib. Vera atasını bütün erməni xalqının obrazı adlandıraraq onun azad edilməsi üçün insanları etiraza səsləyib. Xocalının Meşəli kəndindəki soyqrımının cinayətkarlarından olan Vaqif Xaçaturyan iyulun 29-da Laçın postunu keçmək istəyərkən saxlanılıb.
Kateqoriyalar: Həftə içi