Videonun müddəti: 1:00:27 Baxış: 337 Əlavə edilib: 2023.07.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Priqojin Putinin çıxış etdiyi sammitdə: Peterburqda nə baş verir?

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin son yayılan fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Proiqojinin hazırda Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirak etdiyi məlum olub. O, sammitdə olan Mərkəzi Afrika ölkələrinin nümayəndələri ilə görüşüb. İyunun sonlarında Rusiyada hərbi çevrilişə cəhd edən qruplaşmanın rəhbərinin qiyamdan sonra əvvəl Belarusa getdiyi deyilsə də, daha sonra Moskvada olduğu üzə çıxmışdı.
Qısa müddət öncə Belarus ordusuna təlim keçən vaqnerçilərin düşərgəsindən yarıçılpaq fotosu yayılan Priqojinin Putin tərəfindən bağışlandıqdan sonra haqqında heç bir qərar verilməməsi, bunun üstünə Rusiya Prezidentinin şəxsən iştirak etdiyi sammitə gəlməsi ciddi müzakirə mövzusuna çevrilib.

Rusiyada nələr baş verir? Priqojindən Putinə yeni təhdidlər ola bilərmi?
Veriliş: Kamranla 1