Videonun müddəti: 35:24 Baxış: 233 Əlavə edilib: 2023.07.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiyaya ÇAĞIRIŞ edildi: RƏDD OL! - gərginlik QIZIŞIR – Tofiq Zülfqarovla “Canlı debat” (2-Cİ HİSSƏ)

Çexiya Rusiya Xarici İşlər Nazirliyinin rusofobiya ilə bağlı ittihamlarına cavab olaraq, Moskvanı Ukraynadan “rədd olmağa” çağırıb.

Bu barədə Çexiya XİN-in rəsmi Tvitter səhifəsində məlumat yayılıb.

“Çexiyanın xroniki problemləri: biz uşaqları qaçırmırıq, xəstəxanaları bombalamırıq və qonşu ölkələri işğal etmirik. Ukraynadan rədd olun!” - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya insan haqları ilə bağlı tənqidi hesabat dərc edib. Hesabatın Çexiyaya həsr olunmuş hissəsində Moskva Praqanın ifadə azadlığını əhdudlaşdırmasına, qaraçılara və digər azlıqlara qarşı ayrı-seçkiliyə işarə edib, həmçinin onu rusofobiyanı qızışdırmaqda ittiham edib.

Vurğulanıb ki, Çexiyanın xroniki problemlərini həll etmək əvəzinə ölkə hakimiyyəti dağıdıcı xarici siyasət avantüralarına əl atıb.
Kateqoriyalar: Canlı debat