Videonun müddəti: 1:08:51 Baxış: 463 Əlavə edilib: 2023.07.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Krıma 17 PUA ilə hücum: silah anbarı vuruldu – Putindən QİSAS alınır – Elxan Şahinoğlu ilə CANLI

Ukrayna Krıma 17 PUA ilə hücuma cəhd edib, onların hamısı hava hücumundan müdafiə vasitələri ilə məhv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“14 Ukrayna PUA-sı elektron müharibə vasitəsilə endirilib, onlardan 11-si Qara dənizə, daha üçü isə yarımadaya düşüb. Daha üç PUA hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Hücum nəticəsində itki yoxdur”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Krım rəhbəri Sergey Aksyonov Krım səmasında 11 ədəd Ukrayna PUA-sının zərərsizləşdirildiyini demişdi. Hücum zamanı Canköy rayonunda silah-sursat anbarına, Kirovski rayonunda isə PUA-ların dağıntıları şəxsi evə ziyan vurub.

“Baza” Teleqram kanalı isə Canköydə silah anbarının vurulduğu barədə video yayıb.
Kateqoriyalar: Canlı debat