Videonun müddəti: 1:04:20 Baxış: 682 Əlavə edilib: 2023.07.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Kreml TƏSDİQLƏDİ: Putinlə Priqojin 3 saat danışıblar və ...–Kamran Həsənli ilə S. Telmanqızı CANLIda

İyunun 29-da Rusiya prezidenti Vladimir Putin Kremldə “Vaqner”in rəhbəri Yevgeni Priqojin və özəl hərbi şirkətin komandirləri ilə görüşüb.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Prezidentin mətbuat katibinin bildirdiyinə görə, üç saata yaxın davam edən görüşdə 35 nəfər iştirak edib. “Vaqner” komandirləri Putinə hadisələrlə bağlı öz versiyalarını söyləyiblər və əmin ediblər ki, onlar dövlət başçısının sadiq tərəfdarlarıdırlar.

Öz növbəsində Putin “Vaqner” üsyanına, həmçinin xüsusi əməliyyat zonasında özəl hərbi şirkətin əməkdaşlarının hərəkətlərinə də qiymət verib.
Veriliş: Kamranla 1