Videonun müddəti: 46:55 Baxış: 223 Əlavə edilib: 2023.07. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Karapetyan AÇIQLADI: Azərbaycan əməliyyata BAŞLAYIR – Polkovniklə CANLI

"Qarabağdakı erməni hərbi qüvvələri tərksilah edilərək çıxarılmasa, Azərbaycan Ordusu “Qisas-3” əməliyyatına başlayacaq". Erməni hərbi ekspert Davit Karapetyan deyib. Ekspert Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı tələblərini xatırladıb. Onun sözlərinə görə, Qərb və Rusiya bunu istəməsə də, tələbləri yerinə yetirilməyən Azərbaycan buna məhəl qoymaya, təktərəfli addım ata bilər.

“O səbəbdən də Araik Arutyunyan deyir ki, bütün ssenarilərə hazır olmalıyıq. Çünki Azərbaycan tələb edir ki, təkcə “ordu” deyil, ümumiyyətlə, “hakimiyyət sistemi” (separatçı rejim) də ləğv olunsun. İndi məsələ budur ki, sülh müqaviləsi ilə bağlı müxtəlif geosiyasi mərkəzlər tərəfindən aparılan müzakirələrin Qarabağda gedən proseslərlə heç bir əlaqəsi yoxdur”, - Karapetyan vurğulayıb. Ekspert Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı hərbi təlimlərinə də diqqət çəkib.

“Azərbaycan Silahlı Qüvvələri Ermənistanla həmsərhəd Naxçıvanda hava hücumundan müdafiə, artilleriya və raket sistemləri, helikopterlər və PUA-lardan istifadə etməklə komanda qərargah təlimləri keçirir. Hər şeydən asılı olmayaraq, bu insanlar nəyəsə hazırlaşırlar, hazırdırlar. Digər yandan, ABŞ-ın Ermənistandakı səfiri diqqətçəkən bir açıqlama verdi.

O, əmindir ki, Azərbaycanın tərkibində Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi qoruna bilər. Bu artıq müəyyən mənada (hərbi əməliyyata) razılıq deməkdir. İndi məsələ budur ki, bütün fövqəlgüclərin rəhbərləri yekdilliklə Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüquq və təhlükəsizliyinin qorunub saxlanıla biləcəyini bəyan edirlər”.

“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. Ermənistanın hakim “Vətəndaş Müqavilə” Partiyasının deputatı Ovik Ağazaryan “Hraparak”a müsahibəsində deyib. Deputat ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinin “Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər” açıqlamasına münasibət bildirib: “Ola bilsin, səfir belə bir fürsət yarada biləcək hər hansı anlaşmadan xəbərdardır”.

Siyasətçi səfirin təsadüfi adam olmadığını, bunu da təsadüfən dilə gətirmədiyini söyləyib. Onun fikrincə, Kristina Quinin bu açıqlaması amerikalıların bu məsələ ilə bağlı hansısa qərarlarını ehtiva edə bilər.
Kateqoriyalar: Həftə içi