Videonun müddəti: 54:43 Baxış: 192 Əlavə edilib: 2023.07. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

“Priqojin Moskvada sərbəst gəzir” – Yeni hərbi qiyamın ANONSU verildi – Tofiq Zülfüqarovla CANLI

“Əgər Prezident təkcə özünü və ətrafını yox, dövləti də düşünsəydi, o zaman heç vaxt ölkəni məhvin astanasına gətirən çıxışı(qiyamı) cəzasız qoya bilməzdi. Çünki o, bununla özünün tam gücsüzlüyünü nümayiş etdirir”.

Bunu Donbas separatçılarının sabiq lideri, sabiq FTX polkovniki, hazırda isə Rusiyadakı ultramillətçilərin, şovinistlərin ruporuna çevrilmiş İqor Strelkov(Qirkin) son verilişində söyləyib.

Açıq mətnlə Vladimir Putini və ətrafını təhqir edən Qirkin Rusiyaya rəhbərlik edənləri “onurğasız həşaratlar” adlandırıb. O, Rusiyanı yeni qiyamlar gözlədiyini də bildirib: “Bizim hakimiyyət Priqojinin qiyamı zamanı özünü necə apardı? Onlar hamısı Moskvadan əkildilər. Prezident də daxil olmaqla, hamısı! “Rosqvardiya”nın komandiri Zolotov (“Rosqvardiya”nın başçısı, general Viktor Zolotov-red.) əkildi, Medvedev hara yoxa çıxdısa, bilinmədi. Deyirlər o, qaçmamışdı, çünki hədsiz dərəcədə kefli idi. Bilmirəm. O, nə görünürdü, nə də eşidilirdi. Çoxları qaçdı. Mənim bildiyimə görə, Moskvada yalnız FTX-nın rəhbərliyi qalmışdı...

Hər şey tükdən asılı vəziyyətdə qalmışdı və hakimiyyət bu qiyamdan heç bir lazımi nəticə çıxarmadı. O, (Putin) göstərdi ki, belə etmək olar. Yoxlayın uşaqlar, bir də yoxlayın. Əgər alınmasa da, sizə heç bir təhlükə yoxdur. Çünki mən onurğasız həşaratam və məni şələ-küləmi də yığışdırıb Sankt-Peterburqa qaçmağa vadar edən şəxsi cəzalandıra bilmirəm... Siz orda(Kremldə) təmiz(söyüş söyür) başınızı itirmisinizmi, dostlar? Mən bilirəm ki, sizin heç vaxt beyniniz olmayıb, olanı da ağ tozla(narkotik) xarab etmiziniz. Siz faktiki olaraq, növbəti qiyamlara təhrik edirsiniz. Elə bilirsiniz bununla hər şey bitəcək? Bütün ordu sizə nifrət edir. Bütün ordu Şoyquya, Gerasimova nifrət edir”.
Kateqoriyalar: Canlı debat