Videonun müddəti: 37:14
Baxış: 521
Əlavə edilib: 2023.06.30
Xankəndidə TƏŞVİŞ: Azərbaycan məhsulları satışda, generaldan “VUR!” göstərişi – CANLI
Xankəndidəki terrorçu rejim bir sosial şəbəkə paylaşımına görə təşvişə düşüb. Sözügedən paylaşımda Xankəndidəki mağazalarda Azərbaycan məhsulu satıldığı iddia edilib.
Separatçıların apardıqları “araşdırma” zamanı paylaşımı edənin 1978-ci il təvəllüdlü Xankəndi sakini olduğu müəyyən edilib və o, həbs edilib. Separatçı rejim Xankəndidə Azərbaycan məhsulu olmadığını iddia edib.
AB-nin Ermənistandakı missiyası Ermənistan-Azərbaycan sərhədində gündəlik patrul fəaliyyətini elan edib. Avropa Birliyinin (AB) Ermənistandakı missiyasının Tvitter hesabında məlumat yayımlanıb.
“Biz hər gün Ermənistan ərazisində Azərbaycanla sərhəddə, Laçın dəhlizinin girişində patrul xidməti həyata keçiririk ki, təhlükəsizlik vəziyyətinin inkişafı ilə bağlı Brüsselə məruzə edək”, - məlumatda deyilir.
26 İyun - Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Quru Qoşunları komandanlığında və Qarabağ iqtisadi rayonunda yerləşən hərbi hissələrdə olublar.
Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması, həmçinin istənilən təxribatın qarşısının qətiyyətlə alınması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Kateqoriyalar:
Həftə içi