Videonun müddəti: 1:07:25 Baxış: 574 Əlavə edilib: 2023.06.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiyada təqaüdçü qadın “Yaşasın Ukrayna” deyərək banka OD VURDU - Elxan Nuriyevlə CANLI

Sankt-Peterburqda polis "Yaşasın Ukrayna" şüarları ilə bank filialını yandırmaq istəyən pensiyaçını saxlayıb.

“Baza” teleqram kanalının məlumatına görə, qadını belə bir addım atmağa məcbur edən fırıldaqçılar onu bu yolla cinayət təqibindən yayına biləcəyinə inandırıblar.
“66 yaşlı Olqa Belyayeva Korablestroiteley küçəsindəki ofisə iki şüşə benzinlə gəlib. Foyeyə daxil olan təqaüdçü divara maye töküb və onu yandıraraq, “Yaşasın Ukrayna” sözlərini qışqırıb”, - məlumatda deyilir.

Bankdan 20 nəfərin təxliyə edildiyi qeyd edilir.
Belyayeva polisə bildirib ki, fırıldaqçılar ona iyunun ortalarında zəng etməyə başlayıblar. Onların göstərişi ilə o, pulu bir neçə dəfə “seyf hesaba” köçürüb. Bu yaxınlarda “FSB əməkdaşı” təqaüdçüyə zəng edərək qadına deyib ki, guya o, Ukraynaya pul göndərilməsi ilə bağlı cinayət işində iştirak edir və cinayət təqibindən yayınmaq üçün bank filialını yandırmaq lazımdır.

“Shot” telegram kanalı təqaüdçünün fırıldaqçıları dinlədikdən sonra pəncərədən yarım milyon rubl atdığını bildirib.
Kateqoriyalar: Canlı debat