Videonun müddəti: 1:39:11 Baxış: 418 Əlavə edilib: 2023.06.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Putin xain generalını HƏBS ETDİRDİ – şok qərarın detalları Pənah Hüseynlə CANLIda

Rusiyalı hərbi müxbir Vladimir Romanov general Sergey Surovikinin həbs olunduğunu iddia edib. O, generalın iyunun 25-də saxlanıldığını və hazırda Lefortovo həbsxanasında olduğunu bildirib.

Qeyd edək ki, ABŞ kəşfiyyatı Surovikinin "Vaqner" qiyamını dəstəklədiyi ehtimalını mediaya sızdırıb.

“ABŞ kəşfiyyatı Priqojinin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək cəhdində digər rus generallarının dəstəyinə dair əlamətlər görür”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti kəşfiyyat məlumatlarından xəbəri olan ABŞ rəsmilərinə istinadən məlumat yayb. Qeyd olunur ki, Ukraynadakı rus qrupunun komandir müavini general Sergey Surovikin Yevgeni Priqojinin Rusiya hərbi rəhbərliyinə qarşı silahlı üsyana başlamaq planlarından əvvəlcədən xəbərdar idi.
Kateqoriyalar: Canlı debat