Videonun müddəti: 1:06:49 Baxış: 609 Əlavə edilib: 2023.06.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putini bundan sonra NƏLƏR gözləyir? - Kamran Həsənli ilə Sevinc Telmanqızı CANLIda

"ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqtonda görüşə başladığı günü Qarabağda separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil".
Musavat.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu hesab edir ki, bu təxribat böyük ehtimalla Kremlin planı əsasında baş tutub: "Kreml Vaşinqton görüşünü pozmaq üçün separatçılara “atəş açın” əmrini verib. Bu əmri yerinə yetirənlər ağır zərbə alıblar, 4 separatçı öldürülüb. Bu olay erməni separatçılarının qısa müddətdə tərksilah olunmasını aktuallaşdırır".

Politoloqun fikrincə, Vaşinqtondakı danışıqların nəticəsiz qalması üçün 3 qüvvə - Kreml, erməni separatçıları və “Daşnaksütun” partiyasının simasında radikal müxalifət (İrəvanda səfirliklər qarşısında etirazlara start veriblər) birləşib: "Ermənistanın baş naziri Nikol Paşinyan yenə yarıyoldan qayıdacaq, yoxsa “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasını sənəddə əksi ilə razılaşacaq? Bunu Vaşinqton görüşünün nəticələri göstərəcək. Ararat Mirzoyan Vaşinqtonda Paşinyandan telefonla alacağı son təlimatı əsasında hərəkət edəcək".
Veriliş: Kamranla 1