Videonun müddəti: 4:39 Baxış: 304 Əlavə edilib: 2023.06.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Sahibsiz itlərin təslim aldığı qəsəbə: Masazırda insanlar niyə çarəsiz qalıblar? - VİDEOREPORTAJ

Azərbaycanda sahibsiz itlərin insanlara hücumları ilə bağlı tez-tez xəbərlər yayılmaqdadır.

“İtlər azyaşlı uşaqlara hücum etdi”, “İtlər kişini parçaladı”, “Qadın it dişləməsindən xəsarət aldı” kimi başlıqlı xəbərlər hər keçən gün artmaqdadır. Məsələnin diqqət çəkən tərəfi isə, bu hadisələrin əksəriyyətinin Abşeron rayonuda – daha dəqiq desək, əhalinin sıx məskunlaşdığı Masazır qəsəbəsində baş verməsidir.

İllərdir bununla bağlı sakinlər şikayətlər etsələr də, ərazidə sahibsiz itlərlə bağlı heç bir tədbir görülmür, əksinə, bu vəziyyət hər keçən gün daha dəhşətli hal almağa başlayıb. Buna nümunə olaraq, Yanvar ayında “Qurtuluş 93” Yaşayış massivində itlərin hücumuna məruz qalan 41 yaşlı qadının ölüm xəbərini göstərmək olar. Bədbəxt hadisədən bir neçə ay keçməsinə baxmayaraq, qəsəbədə dəyişən heç nə yoxdur. Sahibsiz itlər əhalinin gediş-gəlişi çox olan yerlərdə, xüsusilə məktəb və bazar ətrafında sürü şəklində dolaşır.

Musavat TV olaraq sakinlərin şikayətlərini Abşeron Rayon İcra Hakimiyyətinə bildirdik. Qurumdan qeyd etdilər ki, icra hakimiyyətinin təşəbbüsü ilə Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb və yaxın zamanda tikintisinə başlanacaq. İş yekunlaşandan sonra itlər həmin mərkəzə aparılacaq.

Belə görsənir ki, illərdir bitməyən bu problem yaxın aylarda öz həllini tapacaq.
Kateqoriyalar: Reportaj