Videonun müddəti: 39:42 Baxış: 216 Əlavə edilib: 2023.06.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Araikdən cavab gəldi - Bakıya tabe olmayacağıq... Söz “Bayraktar”ındır! CANLI

Qarabağdakı separatçılar “RİA Novosti”nin “ABŞ Bakı ilə dialoq tələb edir, əks təqdirdə antiterror əməliyyatı keçiriləcək” xəbərdarlığına dair iddiasına münasibət bildiriblər: deyirlər ki, mövcud şəraitdə münaqişənin dialoq yolu ilə həlli real deyil. “Məlumatda iddia olunan “üçüncü ölkələrdə dialoq” da Azərbaycanın gündəliyinə daxil deyil. Separatçılar üçün iki dəfə Bakıda reinteqrasiyanı müzakirə etmək təklifi verilmişdi, artıq nə bu təklif, nə də dialoq gündəmdədir. Təslim olmaq tələbi var və yalnız bu halda amnistiya haqda müzakirə aparıla bilər.


Separatçıların “dialoqdan” imtina etməsi isə problemi fərqli yollarla həll etmək baxımından rəsmi Bakıya sərf edir”.


Ordumuzun məqsədi düşməni layiqincə yerinə oturtmaqdır. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçusu Şaiq İbadov deyib. O qeyd edib ki, bir neçə gündür düşmən tərəfindən mövqelərimiz və yaşayış məntəqələrimiz atəşə tutulur:


"Düşmən tərəfindən törədilmiş təxribatın qarşısı tərəfimizdən müvəffəqiyyətlə alınır. Buna baxmayaraq, biz tərəfdən düşmənin mülki əhalisinə, yaşayış məntəqələrinə və mövqelərinə bir güllə belə atılmayıb. Ordumuzun məqsədi düşmənin təxribatının qarşısını almaq, düşməni layiqincə yerinə oturtmaq və susdurmaqdır".
Kateqoriyalar: Həftə içi