Videonun müddəti: 1:33:02 Baxış: 254 Əlavə edilib: 2023.06.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Sərhəddə GƏRGİNLİK:Erməni hərbçilər Qarabağdan qaçmaq istədi, sərhədçilərimiz müdaxilə etdi –CANLIda

44 günlük müharibədə iştirak etmiş iki erməni hərbçinin Laçındakı postdan keçib Qarabağdan çıxmasına icazə verilməyib. Bu barədə ermənilərin “Hraparak” qəzeti məlumat yayıb. “Azərbaycan hərbçiləri bildiriblər ki, həmin şəxslər müvafiq qanunvericilik hazırlandıqdan, məhkəmə prosesləri və ya istintaq başa çatdıqdan sonra Qarabağdan çıxa bilərlər”, – nəşr yazıb.


Ermənilərin məlumatına görə, azərbaycanlı sərhədçilərdə erməni generallar, komandirlər və döyüşçülər daxil olmaqla, 500 nəfərin yer aldığı “qara siyahı” var.
Qeyd edək ki, rəsmi Bakı Qarabağdakı qanunsuz silahlı birləşmələrin təslim olacağı təqdirdə amnistiya müzakirəsinin mümkünlüyünü açıqlayıb. Qarabağdakı əməliyyatlarda iştirak etmiş erməni silahlıları hazırkı vəziyyətdə terrorçudurlar.
Kateqoriyalar: Canlı debat