Videonun müddəti: 1:06:40 Baxış: 396 Əlavə edilib: 2023.06.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

ŞOK GƏLİŞMƏ: Rusiya-Ukrayna müharibəsi bu qədər uzanacaq - Kamran Həsənli və S. Telmanqızı CANLIda

Avropa İttifaqı Ukraynada hərbi münaqişənin bir neçə il uzanacağına hazırlaşır. Bu barədə Avropanın daxili bazar üzrə komissarı Tierri Breton RMS radiostansiyasına açıqlamasında deyib. O bildirib: “Biz, bu müharibənin uzun müddət davam edəcəyinə hazırlaşırıq. Avropada yüksək döyüş intensivliyi olan müharibələr əvvəllər bir neçə il davam edirdi, biz də buna hazırlaşırıq”. Breton onu da qeyd edib ki, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların olacağı da ehtimal olunur:
“Başqa sanksiyalar da mümkündür, amma heç kim demir ki, Ukrayna məhz onların sayəsində qalib gələcək. Əgər Ukrayna qalib gəlsə, bu, hərbi yolla olacaq. Ona görə də Avropa İttifaqı və Ukraynanın müttəfiqləri onu qələbə üçün lazım olan hər şeylə təmin edirlər”.
Veriliş: Kamranla 1