Videonun müddəti: 1:23:56 Baxış: 142 Əlavə edilib: 2023.06. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Qarabağda QARŞIDURMA: Xocavənddə 7 erməni tutuldu – Tural Abbaslı ilə “Canlı debat”da

Qarabağda separatçı rejimin “talon hiyləsi” erməni əhalisi arasında qarşıdurmalara da yol açıb. Iyunun 2-də gecə saat 23:00 radələrində Xocavənddə qarşıdurma baş verib.

Bir qrup erməni yanacaqdoldurma məntəqəsinə hücum edərək, talonsuz benzin tələb ediblər. Yanacaqdoldurma məntəqəsinin işçiləri ilə baş verən qarşıdurmada 7 nəfər separatçı rejim tərəfindən həbs olunub.

Qeyd edək ki, separatçı rejim Qarabağda “humanitar fəlakət” görüntüsü yaratmaq məqsədilə ərzaq, yanacaq və digər əhəmiyyətli məhsullara “talon sistemi” tətbiq edib, halbuki, hələ Şuşa-Xankəndi yolunda aksiyanın başlanmasından sonra bütün lazımi məhsulların rahat şkildə daşınmasına hər cür şərait yaradılır.
Separatçılar isə daşınan məhsulları daha baha qiymətə satır, erməni əhalisinə isə “talon”la verirlər. Benzinə görə baş verən qarşıdurma göstərir ki, erməni əhalisi separatçıların yaratdığı vəziyyətdən beziblər.
Kateqoriyalar: Canlı debat