Videonun müddəti: 42:27 Baxış: 254 Əlavə edilib: 2023.05.31
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ! Rusiya bu şəhəri boşaldır, raketlər qalxır, ölkə hərbi vəziyyətdə - Qabil Hüseynli ilə CANLI

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sərhəddəki Şebekino şəhərinin atəşə tutulması barədə məlumat yayıb. O “Teleqram” kanalında məlumat yayıb.
“Dörd nəfər yaralanıb, iki yaralı xəstəxanaya çatdırılıb. Yaşayış evləri zədələnib, maşınlar yanır", - Qladkov yazıb. O, atəşin “Qrad” qurğularından açıldığını iddia edib. Rayon rəhbəri bildirib ki, bir mağaza tamamilə yanıb, 12 avtomobilə ziyan dəyib.
“Bu gündən etibarən hakimiyyət Şebekinski və Qrayvoronski rayonlarından uşaqları çıxarmağa başlayacaq. İlk üç yüz uşaq Voronejə göndəriləcək”, - Qladkov bildirib.
Onun sözlərinə görə, bir gün əvvəl Şebekinski şəhər rayonundan təxliyə edilmiş sakinlərin müvəqqəti yerləşdirilməsi mərkəzi də vurulub, nəticədə bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Kreml bütün ölkə ərazisində hərbi vəziyyətin tətbiqini müzakirə etmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, Çeçenistan Respublikası rəhbərinin bütün Rusiya ərazisində hərbi vəziyyətin tətbiq edilməsi təklifinə cavabında deyib ki, məsələsinin həlli Rusiya Federasiyasının yurisdiksiyasındadır.
Rusiya pilotsuz təyyarələr və dəniz raketlərindən istifadə etməklə Ukraynaya böyük hücuma hazırlaşır. Ukraynanın Cənubi Ukrayna Müdafiə Qüvvələrinin sözçüsü Natalya Qumenyuk deyib.

“Rusiya daim raketdaşıyıcılarını yerləşdirir. İndi üç növbətçi var: bir yerüstü və iki sualtı. Bu, rusların qarışıq tipli sursatlardan istifadə edərək, pilotsuz təyyarə hücumu və raket hücumunu birləşdirərək yenidən gizli hücuma hazırlaşdığını göstərə bilər”, - Qumenyuk qeyd edib.

Belarus və Rusiya İttifaq Dövlətinin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görürlər.

Belarusun müdafiə naziri, general-leytenant Viktor Xrenin parlamentin yeddinci çağırış Nümayəndələr Palatasının doqquzuncu sessiyasının iclasında deyib.

Nazirin sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi üçün indiyə qədər Belarus MN və Rusiya tərəfindən birlikdə görülən işlər kifayət qədərdir.

“Bu yaxınlarda rusiyalı həmkarım Sergey Şoyqu ilə birgə Belarus ərazisində nüvə silahının saxlanması qaydası haqqında Əsasnamənin imzalanması ilk növbədə qonşularımızın təcavüzkar xarakteri və döyüşkən ritorikasını zəiflətməyə yönələn təsirli tədbirdir.

İnformasiya sahəsində baş verənlərə gəlincə isə, burada, təbii ki, biz işimizi davam etdirəcəyik”, - deyə Xrenin əlavə edib.
Kateqoriyalar: Həftə içi