Videonun müddəti: 1:05:48 Baxış: 214 Əlavə edilib: 2023.05.31
Pinterest
LinkedIn
WhatsApp
Telegram

NƏHAYƏT! Bu rus legionu minlərlə hərbçi toplayır: Hücum Moskvaya, hədəf Putini devirməyə... CANLI

“Rusiyaya Azadlıq” legionu Moskvaya hücum etmək üçün öz sıralarına minlərlə insan toplayır. Bu barədə Böyük Britaniyanın “The Times” nəşri məlumat yayıb. Legionun “Sezar” ləqəbli sözçüsü “The Times” nəşrinə bildirib ki, Moskvaya hücum etmək üçün lazım olan hərbçi sayına çatana qədər, onlar Rusiya sərhədindəki ərazilərə hücumlar təşkil edəcəklər.
“Bizim kifayət qədər imkanlarımız var. Minaatanlarımız, zirehli texnikamız, tank əleyhinə sistemlərimiz və kəşfiyyat aparatlarımız movcuddur”, - “Sezar” deyib.
Onun sözlərinə görə, hazırda “Rusiyaya Azadlq” legionunda 500-1000 arası hərbçi var. “Sezar” bildirib ki, legionun əsas məqsədi Ukraynanı qorumaq, işğal olunmuş ərazilərini azad etmək və Putin rejimini devirməkdir: “Biz cinayətkar və ya “Vaqner” kimi özəl hərbi şirkət deyilik. Hamımız Rusiya Federasiyasının vətəndaşlarıyıq. Bəzilərimiz əvvəllər Ukrayna Silahlı Qüvvələrində xidmət etmişik”.
Xatırladaq ki, mayın 22-də “Rusiya könüllülər korpusu” və “Rusiyaya Azadlıq” legionunun döyüşçüləri ilk dəfə olaraq Rusiya sərhədini keçərək Belqorod vilayətinin Qraivoronski rayonuna daxil olublar. Döyüşçülər müraciətlərində bildiriblər ki, onlar ölkələr arasında hərbisizləşdirilmiş zona yaratmaq və həmvətənlərinə Putin rejiminə qarşı mübarizə apardıqlarını göstərmək istəyiblər.
Kateqoriyalar: Canlı debat