Videonun müddəti: 1:20:12 Baxış: 152 Əlavə edilib: 2023.05.31
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Kadırov çeçenləri yenidən müharibəyə göndərir: “Moskvanın intiqamını alacağıq” – Natiq Cəfərli CANLI

Çeçen əsgərlər yerdəyişmə əmri aldılar. Onlar yaxın gələcəkdə “dxr” ərazisində aktiv döyüşlərə başlamağa hazır olacaqlar.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Dxr”in əraziləri məsuliyyət zonasına çevrilir. Orada döyüşçülər aktiv döyüş əməliyyatlarına keçəcək və bir sıra yaşayış məntəqələrini azad edəcəklər”, - Kadırov bildirib.

Ruslar dron və dəniz raketlərindən istifadə etməklə Ukraynaya birgə hücum hazırlaya bilər.

Bunu Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Birləşmiş Komandanlığının sözçüsü Natalya Qumenyuk deyib. "Düşmən davamlı olaraq reaktiv yaylım atəş sistemlərini hərəkətə gətirir. İndi üçü gündəmdədir: biri suüstü, ikisi sualtı. Bu, düşmənin yenidən müxtəlif sursatların qarışıq növündən - pilotsuz təyyarə hücumu ilə raket hücumunu qarışdıraraq məkrli hücuma hazırlaşdığını göstərir", - sözçü qeyd edib.
Kateqoriyalar: Canlı debat