Videonun müddəti: 1:27:12 Baxış: 128 Əlavə edilib: 2023.05.30
Pinterest
LinkedIn
WhatsApp
Telegram

PAŞİNYANI DEVİRMƏK ÜÇÜN HƏRƏKAT YARADILDI – “Sülh yoxdur, təhqirlər və sürünən müharibə var” - CANLI

Xankəndidə separatçıların “başçısı” Araik Arutyunyana qarşı qiyam hazırlanır.
Paşinyanın adamı olaraq təqdim edilən Samvel Babayan genişmiqyaslı aksiyalar planlaşdırır.

“Hraparak” nəşri yazır ki, bu, 2018-ci ildə İrəvanda baş verən inqilabın Qarabağda da təkrarlanması ssenarisidir: “İdarələrin girişləri bağlanacaq, “dövlət idarələri” bloklanacaq”.

Nəşrin məlumatına görə, A.Arutyunyanın Xankəndidə “bütün növ toplantıları qadağan edən hərbi vəziyyətlə bağlı qərarı”nın səbəbi də budur. “Babayanın planı haqda məlumatlar daxil olub, bunun qarşısını almaq məqsədilə hərbi vəziyyətə dəyişikliklər edilib. Mənbələrimiz bildirir ki, bu addımlar Rusiya sülhməramlılarının məsləhəti ilə atılıb”, - nəşr yazır.
Kateqoriyalar: Canlı debat