Videonun müddəti: 43:31 Baxış: 134 Əlavə edilib: 2023.05.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Erməni katalikosdan ANONS: Xankəndidəki rejim ləğv edilir, kəndlər qaytarılır... – CANLI

“Danışıqlar prosesində anklavlarla bağlı müxtəlif müzakirələr və ssenarilər var”. Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Q.Sanosyan anklavlar məsələsində həll yolu axtardıqlarını bildirib:

“Həm Azərbaycan, həm də Ermənistan üçün yaşayışa yararsız olan ərazilər var. Bütün bu məsələlər vahid aspektdə nəzərdən keçiriləcək. Mətbuat anklavların təslim edildiyini deyir, amma belə deyil. Bu, təhvilvermə yox, dəyişmə prosesidir.

Mübahisəli ərazilərin Azərbaycana qaytarılacağı təqdirdə dövlət əhəmiyyətli yolların Bakının nəzarətinə keçməsi məsələsinə gəlincə, bütün variantlarda həll yolunu tapmağa çalışırıq. Zəngəzurda da alternativ həll yolları tapılıb. Səbirli olmaq lazımdır”.

“Ermənistan hökumətinin Qarabağla bağlı yanaşması qəbuledilməzdir və kilsə buna səssiz qala bilməz”.

Bunu Böyük Kilikiya Evinin Katalikosu I Aram söyləyib. O, İrəvan tərəfindən Qarabağ separatçıları ilə bağlı nümayiş etdirilən passivliyin qondarma rejimin tam ləğvinə gətirib çıxaracağını söyləyib. Katalikos həmçinin Paşinyanın Ermənistanın milli maraqları ilə dövlət maraqları arasında sərhəd qoymasının da onlar üçün qəbuledilməz olduğunu deyib.

Qeyd edək ki, I Aram diaspor arasında böyük nüfuz sahibidir. Xüsusilə onun təsir imkanları Yaxın Şərq və Qərbdəki erməni təşkilatları arasında hiss edilir. O daha çox bu təşkilatlar üçün ideoloji dayaq rolunu oynayır.
Kateqoriyalar: Həftə içi