Videonun müddəti: 55:10 Baxış: 149 Əlavə edilib: 2023.05.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə güclü partlayış: ölən var – Paşinyandan ŞOK bəyanat: “Sülh sazişi olmayacaq” – CANLIda

Mayın 27-də Rusiyanın süllhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində güclü partlayış baş verib.

Separatçılara məxsus sosial media seqmentlərində yayılan məlumata görə, şəhərdə bir qarajda partlayış baş verməsi nəticəsində bir nəfər həlak olub. Xilasedicilər G-nin meyitini çökmüş binanın dağıntıları altından tapıb çıxarıblar. Partlayış nəticəsində qarajın içərisində və yaxınlıqda olan VAZ 2106 və “Opel Astra G” markalı avtomobillərə də ziyan dəyib.


Ermənistan tərəfi Vaşinqtonda təqdim olunan sülh sazişi ilə bağlı təkliflərə Azərbaycandan cavab almayıb. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan iyunun 1-də Kişinyovda Avropa İttifaqı Şurasının prezidenti, Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə beştərəfli görüşdə imzalana biləcək sülh sazişi layihəsi üzrə razılığa gəlməyib:
“Sülh müqaviləsinin orada imzalanmasının mümkün olub-olmaması ilə bağlı müzakirələr aparılıb. Biz Azərbaycana təkliflərimizin dördüncü paketinə cavab almamışıq. Hazırda imzalana biləcək razılaşdırılmış layihə yoxdur”.
Kateqoriyalar: Canlı debat