Videonun müddəti: 38:35 Baxış: 126 Əlavə edilib: 2023.05.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Baş komandandan TƏCİLİ əks-hücum ANONSU: Bizim olanı qaytarmaq zamanı! Ekspertlərlə CANLI

Rusiya ordusunun Baxmut istiqamətində hücum əməliyyatlarının sürətində azalma müşahidə olunur. Çox güman ki, Ukrayna əməliyyatların yeni mərhələsinə başlayacaq. Bu, “Vaqner”in mövqelərinin Baxmutdakı rus bölmələrinə planlaşdırılan ötürülməsini çətinləşdirəcək. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Ukrayna qoşunları Orixovo-Vasiliv (Baxmutdan 11 km şimal-qərb) və Klişiv (Baxmutdan 7 km cənub-qərb) ərazilərində uğurlu əks-hücum əməliyyatı keçirib. Ukraynanın əks-hücumu “Vaqner” birləşmələrini ərazidəki mövqelərindən 1 kilometr geri çəkilməyə məcbur edib.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Orixovo-Vasiliv yaxınlığında E40 marşrutu (Baxmut-Slavyansk) boyunca yüksək hündürlükdəki mövqeləri ələ keçirib.
Rusiya telekanallarının “öldürdüyü” Ukrayna ordusunun Baş komandanı Valeri Zalujnı çoxdan bəri gözlənilən əks-hücumun başlanmasına eyham vuran video paylaşıb. General Zalujnı öz “telegram” kanalında yayımladığı videonu “Bizim olanı qaytarmağın zamanı çatdı” başlığı ilə paylaşıb.

Videoda Ukrayna hərbçilərinin hücum hazırlığı və hərbi andı əks olunub. Həmçinin, “HİMERS”-lər, “Leopard2” tankları və digər hərbi texnika yer alıb. Videoçarxın sonunda ukraynalılar Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olmağa çağırılır.
Ermənistanın Zəngilan istiqamətində təxribat-diversiya cəhdi təxribatların açıq müstəviyə keçirilməsidir: sərhədçilərimiz tərəfindən təxribatın qarşısı alınıb, 2 erməni diversantı saxlanılıb. Rəsmi İrəvan Müdafiə Nazirliyi səviyyəsində bunu təkzib etməyə çalışsa da, erməni diversantların saxlanılması faktından yayına bilməz. Diversantların ərazimizə soxulmağa cəhd etdiyi gün Ermənistan Müdafiə Nazirliyində kollegial iclasın keçirilməsi, müdafiə naziri Suren Papikyanın tapşırıqlar verilməsi də diqqət çəkir. Böyük ehtimalla təxribat-diversiya qrupunun göndərilməsi qərarı məhz həmin iclasda verilib.

Diversiya hücumunun Moskva görüşündən bir gün sonra baş verməsi təsadüfi deyil və İrəvanın məqsədini anlamağa imkan verir.

Hərbi hədəf hərbi eskalasiyanın yaradılması ilə yanaşı, Nikolun “lokal qələbə” qazanmaq istəyindən ibarətdir və diversiya qrupunun konkret tapşırıqla gəldiyi şübhəsizdir:

- Ordumuzun işğaldan azad edilmiş ərazilərdə mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq: bu, mümkün təxribat hücumunda Ermənistanın zərbə endirmək planının tərkib hissəsidir;

- Hərbi qulluqçularımıza, yaxud hərbi strukturlara qarşı terror hücumunun təşkil edilməsi;

- Azərbaycanın mülki vətəndaşlarına qarşı terror hücumunun təşkil edilməsi;
Kateqoriyalar: Həftə içi