Videonun müddəti: 1:15:20 Baxış: 156 Əlavə edilib: 2023.05.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Müharibə Rusiyaya çatdı – Priqojindən Ukrayna ilə bağlı inanılmaz ETİRAFLAR - E. Şahinoğlu CANLIda

“Putin rejimi Ukraynaya qarşı müharibəni bitirənə qədər Rusiyanın digər sərhədyanı bölgələrində də irəliləyişlər olacaq. Ruslar Rusiya Federasiyasının heç bir yerində özlərini təhlükəsiz hiss etməyəcəklər”.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şursının katibi Aleksey Danilov deyib. “Bryansk, Kursk, Voronej vilayətləri və digər bölgələr təhlükəsiz ola bilməz. Əminəm ki, bu, bizim qələbəmizə qədər daimi proses olacaq”, - Danilov bildirib.

Ukrayna rəsmisi bu açıqlamanı “Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun Rusiya ərazisində davam edən əməliyyatları fonunda verib. Mayın 22-də bu bölmələrin döyüşçüləri Rusiyanın Belqorod vilayətində əməliyyata başlayıblar.
"Vaqner" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Ukraynadakı müharibənin ilkin məqsədlərinə çatmadığını bildirib. Bu barədə o, siyasi strateq Konstantin Dolqova müsahibəsində danışıb. O, "xüsusi hərbi əməliyyat"ın (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red.) məqsədlərinin "denazifikasiya" və "demilitarizasiya" olduğunu xatırladıb.

"Beləliklə, haqqında danışdığımız Ukraynanın denazifikasiyası... Biz Ukraynanı bütün dünyada hamının tanıdığı bir xalqa çevirdik... Ukrayna hər yerdə tanınan bir ölkəyə çevrildi", - Priqojin bildirib. O, "demilitarizasiya"nın da uğursuz olduğunu dilə gətirib: "Əgər xüsusi əməliyyat başlayanda onların şərti 500 tankı var idisə, indi onların 5000 tankı var. Onların məharətlə döyüşə bilən 20 min adamı varsa, indi 400 min nəfər döyüşməyi bilir. Biz onu necə demilitarizasiya etdik? Məlum oldu ki, bunun əksi baş verdi".
"Vaqner" rəhbəri bu gün Ukrayna silahlı qüvvələrinin dünyanın ən güclü ordularından biri olduğunu etiraf edib. "Onlar yüksək təşkilatçılıq, yüksək hazırlıq səviyyəsinə, yüksək kəşfiyyat qabiliyyətinə, müxtəlif silahlara malikdirlər və üstəlik, istənilən sistemdə, sovet, NATO, nə olursa olsun, eyni dərəcədə uğurla işləyirlər", - Priqojin əlavə edib.



“Putin rejimi Ukraynaya qarşı müharibəni bitirənə qədər Rusiyanın digər sərhədyanı bölgələrində də irəliləyişlər olacaq. Ruslar Rusiya Federasiyasının heç bir yerində özlərini təhlükəsiz hiss etməyəcəklər”.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şursının katibi Aleksey Danilov deyib. “Bryansk, Kursk, Voronej vilayətləri və digər bölgələr təhlükəsiz ola bilməz. Əminəm ki, bu, bizim qələbəmizə qədər daimi proses olacaq”, - Danilov bildirib.
Ukrayna rəsmisi bu açıqlamanı “Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun Rusiya ərazisində davam edən əməliyyatları fonunda verib. Mayın 22-də bu bölmələrin döyüşçüləri Rusiyanın Belqorod vilayətində əməliyyata başlayıblar.
Döyüşçülər Rusiya ilə Ukrayna arasında hərbisizləşdirilmiş zona yaratmaq, Kremlə xidmət edən təhlükəsizlik qüvvələrini məhv etmək, həmçinin Rusiyada müqavimət hücrələrinin yaradılmasının və rejimə qarşı mübarizənin mümkün olduğunu göstərmək istədiklərini bildirirlər.
Kateqoriyalar: Canlı debat