Videonun müddəti: 1:01:44 Baxış: 243 Əlavə edilib: 2023.05.23
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiya AÇIQLADI: Belqorodda qırğın, Moskvada reyslər ləğv edildi - Qabil Hüseynli ilə gündəm

Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Belqorod vilayətində baş verən toqquşmalara münasibət bildirib. Rusiya MN-dən verilən açıqlamada Belqorod vilayətində keçirilən anti-terror əməliyyatı zamanı millətçi birləşmələrin bloklandığı və məhv edildiyi bildirilib.
"Artemovskda (Baxmut Ukrayna -red) məğlubiyyətə uğrayan Kiyev rejimi dinc əhaliyə qarşı terror aksiyaları törətməyə keçib. Keçirilən anti-terror əməliyyatı zamanı millətçi birləşmələr bloklanıb və məhv edilib. Belqoroda sızan millətçilərin qalıqları Ukrayna ərazisinə qaçıb və orada tamamilə məhv edilənə qədər atəşə tutulmağa davam edib. Onların 70-dən çoxu öldürülüb, dörd zirehli maşın və beş pikap məhv edilib", deyə Rusiya MN-nin açıqlamasında qeyd olunub.

Bu gün, mayın 23-də Moskvanın üç müxtəlif hava limanlarında 30 təyyarə reysinin təxirə salınması və ya üçuşunun ləğv edilməsi baş verib. Bu barədə “Yandex.Schedules” xidmətinin məlumatlarında qeyd olunur. Belə ki, Moskvanın “Domodedovo” aeroportunda 17 təyyarə reysi təxirə salınıb, dörd reys ləğv edilib.

“Vnukovo”da iki reys gecikib, yeddisi ləğv edilib. “Şeremetyevo” və “Jukovski” hava limanlarının qrafiklərindəki pozuntular barədə məlumat yoxdur.

Moskvanın hava limanlarında sərnişin laynerlərinin yoladüşmə vaxtının kütləvi şəkildə dəyişdirilməsinin və ləğvinin səbəbi açıqlanmır.

Donetsk və Baxmut istiqamətində döyüşlər daha da şiddətlənib: “Ötən gecə Ukrayna ordusu Baxmut ətrafında daha yarım kilometr ərazini işğaldan azad edib. Qarşılıqlı əks-hücumlar davam edir”.

O da bildirilib ki, ağır döyüşlərin getdiyi digər ərazi Zaporojyedir: “Hücumları artıran Rusiya ordusunun qarşısı Çapayevka kəndində alınıb.

Ukrayna ordusunun endirdiyi dəqiq artilleriya zərbələri nəticəsində Rusiya ordusu itki verib. Hərbçilərin sözlərinə görə, həmin kənddə döyüşdən sonra dörd yük maşını dolu hərbçi meyiti tapılıb”.
Kateqoriyalar: Həftə içi