Videonun müddəti: 1:04:45 Baxış: 181 Əlavə edilib: 2023.05.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Fazil Mustafa elə sirləri açır ki! Sui - qəsddən sonra ilk dəfə CANLI DEBATda

Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistan hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş ətrafında intensiv danışıqlar gedir və biz ümid edirik ki, mətnlə bağlı tezliklə razılığa gəlib, imzalayacağıq. Beynəlxalq ictimaiyyətin təsəvvürü getdikcə daha çox Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü – 29.8 kv.km və 86.6 kv.km qeyd-şərtsiz tanımalı olduğu formulasına meyillənir. Müvafiq olaraq, Bakı və Xankəndi arasında Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün dialoq aparılmalıdır. Biz bu məntiqlə razıyıq və bu məntiqlə danışıqlar aparırıq, Xankəndi-Bakı dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulayırıq. Eyni zamanda, mən əminəm ki, Ermənistanın təhlükəsizliyinin strateji təminatı sülhdür və bu, bütün qonşularla münasibətlərin normallaşdırılması yolu ilə mümkündür. Bu, asan proses deyil, amma düşünürəm ki, xalqımızın istədiyi və gözlədiyi budur”, - Paşinyan bildirib.

Nələr gözlənilir? Sülh sazişi mövzusunda irəliləyişlər ola bilərmi? Azərbaycan Paşinyanın bu açıqlamalarına əsasən qərar qəbul edəcək? Qarabağda separatçı rejimin təxribatları nəzərdə tutulurmu?
Kateqoriyalar: Canlı debat